Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:15

“Bakutel” sərgisi sənayenin vacib hadisəsidir!”

Dekabr ayının 3-də Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri cənab Nikolay Nikiforovun başçılığı ilə Rusiya nümayəndə heyəti 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgi və konfransına baş çəkib

Qonaqlar ekspozisiyanın hər üç pavilyonuna baş çəkərək ən maraqlı stendlərlə yaxından tanış oldular. Sərgi üzrə VİP-tur çərçivəsində cənab N. Nikiforov sərgidə Rusiyanın ən iri təşkilatlarını təmsil edən həmyerliləri ilə söhbət edərək, bir sıra yerli, habelə xarici stendlərin maraqlı yenilikləri ilə tanış oldu. N. Nikiforov xüsusi ilə Azərbaycanın “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından maraqlandı. Rusiyalı nazirə öz fəaliyyətini operativlik, şəffaflıq, məsuliyyət və rahatlıq kimi prinsiplər əsasında quran “ASAN Xidmət” mərkəzinin çoxsaylı xidmətləri və iş metodları nümayiş etdirildi.

“ - Sərgi məni valeh etdi! Bu sənayenin vacib hadisəsidir və sevindirici haldır ki, çoxsaylı şirkətlər hər il burada texnoloji tərəqqinin ən son yeniliklərini və nailiyyətlərini təkcə bu sahənin mütəxəssisləri və peşəkarlarına deyil, həm də sıravi ziyarətçilərə nümayiş etdirirlər. “Bakutel” sərgisinin məlumatlandırma və yeni texniki vasitələrin tətbiqi məsələlərində əvəzsiz rolunu layiqincə qiymətləndirməmək mümkün deyil”, deyə cənab N. Nikiforov öz təəssüratları ilə bölüşüb.

Qeyd edək ki, Azərbaycana işgüzar səfərin gedişatında Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri cənab Nikolay Nikiforov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla da görüşüb. Görüş zamanı hər iki nazir rabitə sahəsində qarşılıqlı fəaliyyət, eləcə də həm poçt sahəsinin, həm də informasiya texnologiyalarının inkişafı xüsusunda geniş müzakirələr aparıblar. Bundan əlavə, görüş əsnasında tərəflər hər iki ölkənin nazirlikləri arasında informasiya texnologiyaları, poçt rabitəsi və telekommunikasiya sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının mümkünlüyünü də müzakirə ediblər. Sözügedən saziş ölkələr arasında mövcud qarşılıqlı əməkdaşlığın sadələşdirilməsini və daha da intensivləşdirilməsini nəzərdə tutur.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek