Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:29

Minlərlə kilometr uzunluğunda optik lifli kabel!

Vikas Xanna (Vikas Khanna), “Aksh Optifibre Limited” (Hindistan) şirkətinin beynəlxalq marketinq şöbəsinin rəhbəri:

– Bizim şirkət bütün beynəlxalq standartlara cavab verən və hava xətti / magistralları üçün nəzərdə tutulmuş zirehli və digər təyinatlı optik lif məhsullarının və optik lifli kabellərin istehsalı ilə məşğuldur. Hal-hazırda, “Aksh” dünyanın 56 ölkəsində fəaliyyət göstərən optik lifli kabel istehsalçılarına xüsusi qoruyucu plastik milləri təchiz etməklə, bu texnologiyanın dünyada ən iri istehsalçısı sayılır.

Əldə etdiyimiz nailiyyətlərin sırasına Butan və Mavrikidə avadanlıqların çatdırılaraq quraşdırılması və istifadəyə hazır vəziyyətdə təhvil verilməsi üzrə iri beynəlxalq layihələr daxildir. Şirkətimiz tərəfindən indiyə qədər artıq minlərlə kilometr optik lifli kabel quraşdırılıb!

Biz ilk dəfədir ki, “Bakutel” sərgisində iştirak edirik. Bizim ekspozisiyada Azərbaycanda informasiya texnologiyaları sektorunun intensiv inkişafı ilə əlaqədar tələbatın böyük olduğu (müxtəlif ölçü və növdə) optik lifli kabellər nümayiş etdirilir. Ölkənizin coğrafi mövqeyi onun regionda aparıcı rola malik olması üçün əlverişli zəmin yaradır. Biz bu sərgidə bütün regionda tələb olunan məhsullarımızın distribyutorunu və ya tərəfdaş tapacağımıza ümid bəsləyirik.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/05/2019 22/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek