Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:32

Biz Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığı genişləndirmək niyyətindəyik!

Manuela Traldi, İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti.

-   Bizim təşkilat ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin təşviq edilməsi məqsədilə 2012-ci ildə yaradılıb və biz hər iki ölkənin dövlət qurumları - Azərbaycanın Romadakı səfirliyi və İtaliyanın Bakıdakı səfirliyi ilə sıx əməkdaşlıq edirik və müxtəlif sektorları təmsil edən sahibkarlardan ibarət italyan nümayəndə heyətlərinin Azərbaycana müntəzəm səfərlərini təşkil edirik. Mən hesab edirəm ki, hazırda italyan şirkətlərinin maraq dairələri ənənəvi neft-qaz sektoru ilə yanaşı, infrastruktur, inşaat, turizm, alternativ enerji və əlbəttə ki, İKT sahəsini ehtiva edir. Buna görə də, bu günlərdə biz “Bakutel 2013” sərgisində italyan pavilyonunun işini koordinasiya edirik. Bu, mənim bu cür irimiqyaslı tədbirdə ilk iştirakımdır. Biz burada altı italyan şirkətindən ibarət tərkibdə iştirak edirik və həmin şirkətlərin ixtisas sahələri aerokosmik, müdafiə sənayesində müxtəlif İKT istiqamətlərini, “yüksək texnologiyalı şəhərlər” proqramını və digər texnoloji istiqamətləri əhatə edir.

Gələcəkdə bizim təşkilat italyan şirkətlərinin Bakıda keçirilən digər sərgilərə gəlişini dəstəkləmək niyyətindədir. Azərbaycan, onun paytaxtı və əlbəttə ki, sərgi mərkəzi, eləcə də ekspozisiyanın özü və iştirakçıların sayı mənə çox xoş təsir bağışladı. Mən bizi bu sərgidə iştiraka dəvət etmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Bakı səfərimizi də xüsusi şərəf və minnətdarlıq hissi ilə qiymətləndirirəm.

Mən əminəm ki, gələn il burada İtaliyadan daha çox sayda şirkət iştirak edəcək!

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/05/2019 20/05/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek