Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 15:39

Biz ən mürəkkəb İKT layihələrini həyata keçirməyə hazırıq!

Vyaçeslav Allenov, “AMT-Qrup” (Rusiya) şirkətinin Baş direktoru müavini:

- “AMT-Qrup” beynəlxalq şirkəti sistem inteqrasiyası, habelə internet və telefon şəbəkələrinin quraşdırılması ilə məşğuldur. Biz həmçinin rabitə operatorları, dövlət idarələri, maliyyə təşkilatları, sənaye, neft-qaz sahəsi və hasilat sektorları üçün irimiqyaslı telekommunikasiya layihələrini də həyata keçirik. Şirkətimiz 1993-cü ildən fəaliyyət göstərir və 2012-ci il ərzində ümumi dövriyyəmiz 240 milyon ABŞ dolları təşkil etmişdir. Hal-hazırda, şirkətimizdə təxminən 400 nəfər işçi çalışır.

Biz hələ Azərbaycanda işləməmişik, lakin buna böyük maraq göstəririk. Bu sərgidə iştirakımız isə həm tanış olmaq, həm də özümüzü tanıtmaq üçün ilk cəhdimizdir və biz hesab edirik ki, şirkətimizin həll variantları və təcrübəsi yerli iş adamlarının diqqətini cəlb edəcək.

Bizdə olan məlumata əsasən, Azərbaycan telekommunikasiya sahəsində çox iri addımlarla irəliləyir və texniki baxımdan, bir sıra irimiqyaslı və mürəkkəb məsələlərin öhdəsindən məharətlə gəlir. Bu sahə isə bizim güclü olduğumuz bir sektordur, belə ki, “AMT Qrup” artıq Rusiya, Qazaxıstan, Qərbi Avropa, ABŞ, Kanada və Braziliyada oxşar layihələr həyata keçirib.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  15/09/2019 16/09/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek