Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 16:10

Təcrübə mübadiləsi və əməkdaşlığın ən münasib yolu!

Əhməd Payab, “ARTS” (“Afghanistan Reliable Technology Services”) şirkətinin Baş direktoru:

– Bu gün Bakı Ekspo Mərkəzində Əfqanıstanın doqquz şirkəti informasiya texnologiyaları, proqram təminatının işlənib hazırlanması və  kompyuter avadanlıqlarının satışı sahəsində müxtəlif xidmətləri nümayiş etdirir.

“Bakutel 2013” sərgisində iştirakımızın əsas məqsədi Azərbaycan bazarının nümayəndələri ilə tanış olmaq və ölkənizdə biznesin aparılması, həmçinin Azərbaycan şirkətlərinin Əfqanıstanda fəaliyyət göstərməsi üçün imkanları araşdırmaqdır. Sözügedən sərgi xüsusən çoxlu sayda qlobal şirkətlərin, habelə iri inteqrator və provayderlərin iştirakı baxımından xoş təəssürat bağışlayır. Biz yeni əlaqələr qurmaq, müştərilər tapmaq və beynəlxalq təcrübəni mənimsəmək, habelə öz layihələrimiz və işlərimiz haqqında danışmaq üçün bu gözəl fürsəti yüksək qiymətləndiririk.

“Afghanistan Reliable Technology Services” (“ARTS”) şirkəti 1998-ci ildə təsis edilib və idarəetmə, habelə texnologiyalar sahəsində konsaltinq şirkəti kimi fəaliyyət göstərir. Bu dövr ərzində şirkətimiz 80-dən çox layihə həyata keçirib və müştərilərimiz arasında Əfqanıstanın nazirlikləri və digər dövlət strukturları, habelə Əfqanıstanda fəaliyyət göstərən iri şirkətlər və beynəlxalq təşkilatlar var.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  19/11/2019 20/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek