Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

04.12.2013 17:42

"Bakutel 2013" sərgisində "Elektron Hökumət" pavilyonu

Məlum olduğu kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda "İKT ili" elan edilib. Bu proqram çərçivəsində, artıq 2 dekabr tarixindən etibarən Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - "Bakutel 2013" sərgisinə start verilib. Bu əlamətdar ildə "Bakutel" sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin ümumilikdə 12000 m2 olan üç zalı və foyesini əhatə edir. "Bakutel" sərgisinin inkişafı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi sayəsindədir. "İKT ili"ndə 35% də genişlənən sərgi meydançası dünyanın 27 ölkəsindən 300 şirkəti bir araya gətirib.
“Elektron Hökumət” portalında e-xidmətlərdən istifadənin artırılması məqsədi ilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində “Elektron Hökumət Portalı” pavilyonu quraşdırılmışdır. Sərgi zamanı insan axınının ən böyük cəmləşdiyi dayanacaqlardan biri məhz bu pavilion olub.
Artıq bir neçə gün əvvəldən bəzi xəbər portallarında sərgi iştirakçılarının ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu ala biləcəyi anonsu verilmişdi. Bunun üçün pavilyona müraciət edən vətəndaşlar ilk növbədə şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə etməlidirlər. Vətəndaşların yalnız www.e-gov.az portalına daxil olaraq, elektron imza alınması üçün “Vətəndaşlar üçün elektron imza sertifikatları sifarişi” online müraciət formasını dolduraraq və ödənişsiz olaraq sifariş qəbul olunur. Müraciət forması qəbul olunduqdan sonra pavilyonda qısa zaman müddətində vətəndaşın adına olan e-imza vəsiqələri hazırlanaraq, kart oxuyucu ilə birlikdə onlara təqdim edilib.
Beləliklə, "Bakutel 2013" sərgisinin ilk günü 130-dən artıq vətəndaş e-imza üçün müraciət etdi və onlar Sertifikat Xidmət Mərkəzinə getmədən pulsuz “e-imza” kartına, kart oxuyucuya və “Elektron hökumət” portalının təqdim etdiyi bir neçə əlavə hədiyyələrə sahib olublar. Müraciətlərin çoxluğunu nəzərə alaraq, MHM bildirir ki, müraciətdən sonra kartların hazırlanması müəyyən bir prosedur və vaxt tələb etdiyindən, vətəndaşın istəyi ilə o, hazır e-imza vəsiqəsini pavilyondan və ya növbəti həftə MHM-in mərkəzi qeydiyyat məntəqəsindən də əldə edə bilər.
Aksiyanın əsas məqsədi vətəndaşlarımızın e-gov.az portalı ilə əyani tanışlığı, e-imza vəsiqələri ilə işləmə bacarıqlarının əldə edilməsi, bu barədə sərgi ziyarətçilərinin və iştirakçılarının maksimum məlumatlandırılmasından ibarətdir. 
https://www.e-gov.az/news/?i=146&title=bakutel-2013-sergisinde-elektron-hokumet-pavilyonu#.Up8xY_TKsaI

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek