Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

06.12.2013 10:09

İnnovasiyalar paradı

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə “Iteca Caspian” və “ITE Group Plc” şirkətləri tərəfindən təşkil edilmiş “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisinin sonuncu iş günüdür. Xəzəryanı regionda sərgi sənayesinin ən iri tədbiri Azərbaycanda “İKT ili” şüarı altında keçirilməklə yanaşı, xüsusi təmtərağı ilə də seçilirdi.

Bu əlamətdar ildə “Bakutel” sərgisi öz tarixində ilk dəfə olaraq sərgi kompleksinin hər üç zalında təşkil olunmuşdu və ümumilikdə 12.000 m2 sahəni əhatə edirdi.

Sərginin ilk günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tədbiri ziyarət etdi. Ölkə başçısı bütün zalları gəzərək aparıcı yerli və xarici şirkətlərin stendləri ilə yaxından tanış oldu. Cənab Prezident həmçinin Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin stendində keçirilən Dünya Azərbaycanlılarının 1-ci Virtual Konfransında da iştirak etdi. Respublika prezidenti tərəfindən “Bakutel 2013” sərgisinin iştirakçılarına ünvanlanan təbrik məktubunda deyilir: “Azərbaycanda hər il keçirilən “Bakutel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələrdən təşkilatları, alimləri və mütəxəssisləri bir araya gətirərək, fikir mübadiləsi, işgüzar əlaqələrin genişləndirilməsi, habelə qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanışlıq üçün əlverişli şərait yaradır. Hazırkı sərgi və konfransın ölkədə elan edilmiş "İKT İli" çərçivəsində təşkil edilməsi, kibertəhlükəsizlik üzrə konfrans və digər əhəmiyyətli tədbirlər proqramı ilə müşayiət olunması, eləcə də aparıcı şirkətlərin sərgidə geniş tərkibdə iştirakı bu tədbirin əhəmiyyətini daha da artırır”.

Dövlət başçısı həmçinin ümidvar olduğunu bildirdi ki, “BakuTel 2013” sərgisi çərçivəsində aparılan təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafına, habelə beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə böyük töhfə verəcək. Sonda Azərbaycan Prezidenti sərgi iştirakçılarına uğurlar arzulayaraq, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sərgi ilə tanışlıq əsnasında Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibə verdi.

“Bakutel” sərgisi və onu müşayiət edən xüsusi tədbirlər müxtəlif ölkələrdən çoxsaylı mötəbər qonaqları, nazirləri, eləcə də alim və nüfuzlu iş adamlarını bir yerə topladı. Həmçinin, sərgi Azərbaycana gündən-günə artan maraq fonunda iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini vermiş oldu. Beynəlxalq və regional səviyyələrdə yeni təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi, ən yaxşı dünya səviyyəli İKT layihələrinin təqdimatı və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi çərçivəsində təşkil edilmiş milli stendlərin sayca artması sözsüz ki, “BakuTel” sərgisinin xidmətidir. Burada çoxsaylı şirkətlərin texnoloji innovasiyaları, o cümlədən Bakı və ətraf qəsəbələri tam əhatə edən 4G sistemi, həmçinin ən son mobil və simsiz qurğular, korporativ həll variantları, daha rahat və maraqlı həyat üçün əlverişli zəmin yaradan ən qabaqcıl dünya texnologiyaları sistemi (M2M) səmərəli şəkildə təqdim olunurdu.

Bayram əhval-ruhiyyəli “Bakutel” bu sahənin ən əsas və orijinal sərgisi statusunu təsdiq etdi və ziyarətçiləri həm iştirakçıların, həm də təşkilatçıların hazırladıqları saysız-hesabsız sürprizlərlə sevindirməyə müvəffəq oldu. Sərginin elə ilk günü yüksək moda nümayişi ilə bağlı möhtəşəm şou baş tutdu. Üçüncü pavilyonda “X-box” oyun qurğuları və interaktiv oyunlardan ibarət xüsusi oyun zonası fəaliyyət göstərirdi. Bu oyun zonasında bütün qonaqların diqqətinə Jan Mişel Jarın məşhur lazer şousu təqdim olunurdu. Burada “lazer simlərində ifa” oyununda yarışmaq və hətta musiqi bəstələmək mümkün idi. Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda sərgi ziyarətçilərinin sevimlisinə çevrilmiş “Titan” robotunun təqdimatı baş tutdu.

“- Bura həm çox maraqlı və məlumatlarla zəngin, həm də olduqca şən və əyləncəli bir məkandır. Bu sərgi bizə əsl bayram əhval-ruhiyyəsi bəxş etdi!” -  İKT sahəsində ən yeni texnologiyalarla yaxından tanış olan və həm böyüklərə, həm də uşaqlara sevinc dolu anlar yaşatmış unikal şoular, şən viktorinalar və hədiyyələrlə zəngin müsabiqələrdən zövq alan ziyarətçilərin əksəriyyəti öz xoş təəssüratlarını ümumi şəkildə məhz belə ifadə edirdi.

“Bakutel 2013” sərgisinin Baş sponsoru informasiya texnologiyaları sahəsində Amerikanın ən böyük şirkətlərindən biri - “HP” şirkəti çıxış edirdi.

Sərgi “Iteca Caspian” və onun Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri tərəfindən təşkil olunub.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/11/2019 17/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek