Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.12.2013 10:12

www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilib.

Bakı. Gülnar Bəşirova - APA. Bu gün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının sədrləri iştirak edib.

 

Mərkəzin formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib. Bu barədə məlumat verən mərkəzin koordinatoru Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “virtualkarabakh.az” portalı hazırlanıb. Onun sözlərinə görə, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında yayılmasına xidmət etməkdir:  “Mərkəzdə Qarabağla bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, foto-video studiya, işğal olunmuş rayonların adları ilə adlandırılmış otaqlar fəaliyyət göstərir. “Virtual Qarabağ” layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və dünyanın bir çox aparıcı dillərində mərkəzləşdirilmiş internet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinə çatdırılmasına töhfə verməkdir”.

 

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, bu layihə  çox vacib hadisələrdən biridir.

 

“Biz bu gün virtula aləmdə yaşayırıq və bundan bütün dünya məharətlə istifadə edir. Qarabağ həqiqətlərinin və Azərbaycan haqqında dünyaya maraqlı məlumatların çatdırılması çox mühüm bir haldır. Bunu hələ ki, 5 təşkilat həyata keçirir. Lakin inanıram ki, təkcə 5 təşkilat yox, bütün gənclər və QHT-lər buna  dəstək olacaq”.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün mübarizə aparır: “Bu mübarizə sadəcə real həyatda deyil, həm də internetdə aparılır. Təbii ki, biz ölkəmizin ayrılmaz hissəsi olan Qarabağ haqqında və onun tarixi abidələrini nümayiş etdirməklə, ermənilərin ölkəmizə vurduğu ziyanı bütün dünyaya çatdıra bilirik. Əslində bu kadrlara baxmaq və orada olan dağıntıları görmək hamımız üçün ağırdır. Buna görə də bu həqiqətləri dünyaya çatdırmalıyıq ki, biz haqlıyıq və xalqımız nələr çəkib”.

 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bütün işlər bizi Qarabağa aparan yoldur: “Bu gün virtual dünyada informasiya mübadiləsi çox ciddi bir önəm daşıyır. Ermənilər də bu mübarizəyə fəal qoşulub. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Ona görə də Qarabağ portalının bu sahədə çox işlər görəcəyinə inanıram”.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə deyib ki, bu saytın təqdimatı bizim hər gün Dağlıq Qarabağın qaytarılması uğrunda durmadan çalışdığımızı göstərir: “Bilməliyik ki, beynəlxalq aləmdə təkcə güclü olmaq deyil, həm də ağıllı olmaq lazımdır. Bu işdə hər bir Azərbaycan gənci və fəalı iştirak etməlidir. İnanıram ki, bu təşəbbüs davam edəcək və Azərbaycanın haqq səsinə beynəlxalq ictimaiyyətin qoşulmasını təmin edəcəyik”.

 

Tədbirdə eyni zamanda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan “Qarabağa doğru” filminin Azərbaycan, ingilis dilində versiyalarının və “Şuşa-Virtual Səyahət” 3D qrafik təsvirli filminin də təqdimatı baş tutub.

 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ”  İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, «Sağlam İnkişaf və Maarifləndirmə» İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyidir.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/11/2019 21/11/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek