Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.12.2013 10:12

Azərbaycanda “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi açılıb

Bakı. Aynur Əliyeva - APA-Economics. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılışı olub.

APA-Economics”in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının sədrləri iştirak edib.

Mərkəzin formalaşdırılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Digər məqsəd isə Dağlıq Qarabağ bölgəsi, Ermənistanın işğalçılıq siyasəti və münaqişə barədə dolğun, obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Rabitə və  İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” Mərkəzinin yaradılması üzrə 5 tərəfdaş təşkilat fəaliyyət göstərib. Bu barədə məlumat verən mərkəzin koordinatoru Nurəddin Mehdiyev bildirib ki, layihə çərçivəsində “virtualkarabakh.az” portalı hazırlanıb. Onun sözlərinə görə, portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir: “Mərkəzdə Qarabağla bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, elektron kitabxana, foto-video studiya, işğal olunmuş rayonların adları ilə adlandırılmış otaqlar fəaliyyət göstərir. “Virtual Qarabağ” layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, insanları, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və eləcə də dünyanın bir çox aparıcı dillərində mərkəzləşdirilmiş internet-şəbəkə resursu kimi düşünülüb. Əsas hədəflərimizdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanın haqlı mövqeyinin dünyanın ədalətli, sülhsevər sakinlərinə çatdırılmasına töhfə verməkdir”.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  16/07/2019 17/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek