Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






10.01.2013 12:16

Bakı Xəzəryanı regionun sərgi mərkəzidir

Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların növbəti ili 30 noyabr tarixində müvəffəqiyyətlə başa çatdı. Xəzəryanı regionda sərgilərin təşkili üzrə aparıcı şirkət olan “Iteca Caspian” MMC 2012-ci il ərzində öz tərəfdaşı - Böyük Britaniyanın “ITE Group plc” şirkəti ilə birlikdə 20 ixtisaslaşdırılmış sərgi, o cümlədən 2 debüt sərgi keçirtdi. Belə ki, Xəzər beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“IPACK Caspian”) sərgisi və Azərbaycan beynəlxalq “İdman, İdman ləvazimatı və Geyimi” (“SportExpo Azerbaijan”) sərgisi bu ilin debüt sərgiləri oldu.

Həmçinin, bu il sərgilər müsbət dinamika nümayiş etdirdi, belə ki, sərgi iştirakçılarının və ziyarətçilərinin sayı ötən illərlə müqayisədə 40% çox idi. Bütövlükdə isə 2012-ci ildə keçirilmiş sərgilərdə 1.767 iştirakçı-şirkət və 60.000-dən çox ziyarətçi iştirak etdi. Yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin demək olar ki, 50 %-ni tutmuşdu. Sərgilərin səmərəliliyini sübut edən faktlardan biri də budur ki, sərgilər başa çatandan dərhal sonra iştirakçıların əksər hissəsi, yəni həm yerli, həm də xarici şirkətlər 2013-cü ildə keçiriləcək sərgilərdə iştirak etmək üçün özlərinə əvvəlcədən yer sifariş etdilər.

Sevindirici haldır ki, Azərbaycan sərgilərində xarici eksponentlərin fəallığı durmadan artır. Dünyanın aparıcı şirkətləri, o cümlədən “BP”, “MICROSOFT”, “OMV”, “KNAUF”, “Statoil”, “Total”, “RWE”, “Sietek”, “Toshiba Medical Systems”, “Kesali”, “Roche Diagnostics”, “Human”, “Siemens” və bir sıra digər şirkətlər sərgilərin ənənəvi iştirakçıları hesab olunurlar. Sərgidə təqdim edilən ölkələrin siyahısının genişlənməsi isə bu ilin fərqləndirici xüsusiyyətlərindən biri oldu. Bu il dünyanın 65 ölkəsindən olan şirkətlər Azərbaycanda keçirilən sərgilərdə iştirak etdilər. Onların arasında Banqladeş ilk dəfə idi ki, ayrıca ölkə kimi təqdim olunurdu. 2012-ci ildə iştirakçıların sayına görə Rusiya, Türkiyə, Almaniya, İtaliya, İran, Belarus və Litva liderlik edirlər. Eyni müsbət dinamika milli qrupların iştirakında da müşahidə olundu, belə ki, bu il onların sayı 29-a çatdı. Əfqanıstan, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Gürcüstan, Finlandiya, Fransa, İsrail, Hindistan, İran, İtaliya, İspaniya, Kanada, Kipr, Çin, Latviya, Litva, Malayziya, BƏƏ, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya, Estoniya, Portuqaliya və Çexiya öz milli stendləri ilə iştirak etdilər. Milli qrupların sərgilərdə iştirakı ilk növbədə ölkələrin Azərbaycanla ticarət-iqtisadi əlaqələrinin genişlənməsində maraqlı olduqlarını göstərir, çünki onların iştirakı həmin ölkələrin dövlət strukturları tərəfindən təşkil edilir.

Layihələrin uğurla keçirilməsində tərəfdaşların və sponsorların rolunu qeyd etmək lazımdır. Belə ki, 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşları qismində “Nar Mobile” mobil operatoru (kommunikasiya tərəfdaşı), AZAL konserni (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) çıxış edirdilər. 2012-ci ilin sponsorları isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP Azerbaijan”, “Andrade Gutierrez”, “Caspian Geophysical”, “Conoco Phillips”, “Cross Caspian Oil" and Gas Logistics”, “Det Norske Veritas”, “Ernst & Young”, “IGI POSEIDON S.A.”, “Inpex Corporation”, “McDermott Caspian Contractors”, “MESC”, “Nobel Oil LTD”, “OMV Aktiengesellschaft”, “RWE”, “Statoil”, “Salans”, “TAP”, “Total E&P Azerbaijan”, “Velosi”, “Vietnam Oil & Gas Group” (Petrovietnam), “Holcim Azerbaijan” və “HB Co Ltd.” şirkətləri idi. Artıq ardıcıl olaraq üçüncü il idi ki, Türkiyə “AITF” sərgisinin tərəfdaşı qismində, Bolqarıstan isə ilk dəfə olaraq qonaq ölkə statusunda iştirak etdi.

Sərgilər çərçivəsində ənənəvi olaraq bir sıra konfrans, iclas və seminarlar da keçirildi. Bundan başqa, iki beynəlxalq sazişin imzalanmasından ibarət fəal işgüzar proqram hazırlanmışdı. Belə ki, aprel ayında keçirilmiş “AITF” sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ümumdünya Turizm Təşkilatı (UNWTO) arasında “İpək yolunun dadı” birgə layihəsinin gerçəkləşdirilməsi və “Qastronomiya, mədəniyyət və turizm” adlı beynəlxalq konfransının keçirilməsi barədə razılaşma imzalandı. Turizm sahəsində münasibətlərin inkişaf etdirilməsini ehtiva edən ikinci razılaşma Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və San-Marinonun Turizm, İdman və İqtisadi Planlaşdırma Nazirliyi arasında imzalandı. Konfranslarda yüksək nüfuz sahibləri öz məruzələri ilə çıxış etdilər. Onların arasında müxtəlif ölkələrin profilli nazirləri, eləcə də bütün dünya üzrə böyük şirkətlərin rəhbərləri var idi. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev bir sıra sərgilərə şəxsən baş çəkdi. Sərgi və konfrans iştirakçılarının ünvanına ABŞ Prezidenti Barak Obama, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameron, Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Taleb Rifai, BMT Baş katibinin müavini Vu Xonbo və Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dr. Hamadun Turenin salamlama məktubları oxundu. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton, Litvanın energetika naziri Arvidas Sekmokas, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Xəzər regionunda enerji məsələləri üzrə müşaviri Anqus Miller, Norveç Krallığının energetika məsələləri üzrə baş məsləhətçisi Olav Berstad, Nobellər Xeyriyyə Fondunun sədri Nobel Qustav, Niderland Krallığının Xarici İşlər Nazirliyinin Xəzər regionunda enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Linden, Türkiyənin energetika və təbii resurslar nazirinin müavini Murad Mercan, BMT Baş katibinin müavini Vu Xonbo, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dr. Hamadun Ture, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezidenti Kirsan İlumjınov və bir sıra digər şəxslər sərgilərin fəxri qonaqları oldular.

Hər bir sərgi layihəsi üçün iştirakçı şirkətlər haqqında ətraflı məlumatları özündə əks etdirən kataloqlar hazırlanmışdı. Bir sıra layihələr üçün isə sərgi xəbərlərini operativ şəkildə əks etdirən gündəlik qəzetlər də dərc edilirdi. Bütün sərgilər maraqlı əyləncəli proqramlar, ziyafət gecələri və kartinq yarışları ilə müşayiət olundu və bu, iştirakçılara unudulmaz təəssüratlar bəxş edərək onların yaddaşında ən xoş xatirələr kimi qaldı.

Bu il “Iteca Caspian” şirkəti bir neçə beynəlxalq səviyyəli tədbirlərin həmtəşkilatçısı oldu. Belə ki, aprel ayında Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-qaz emalı və Neft-kimya kompleksi üzrə forumu (“OGPC 2012”) keçirildi. Sözügedən forum Neft-qaz emalı və Neft-kimya kompleksi layihəsinin təqdimatına həsr edilmişdi. Forumun bütün iştirakçıları, qonaqlar və tədbirin təşkilinin yüksək səviyyəsini qeyd etdilər. Sentyabr ayında Azərbaycan Tunel Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “Şəhərlərdə tunel və yeraltı infrastrukturlar" beynəlxalq konqres-sərgi (“BITC 2012”) ən müsbət rəylərlə qarşılandı. Noyabr ayında isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə (“BakuTel” sərgisi ilə bir meydançada) İKT sahəsində ən genişmiqyaslı tədbir – İnternetin idarə olunması üzrə forumun (“IGF - Internet Governance Forum”) 7-ci iclası keçirildi. Sözügedən tədbirdə bütün dünyadan təxminən 2.000 nümayəndə bir araya gəldi. Belə səviyyəli tədbirlərin təşkilinin “Iteca Caspian” şirkətinə həvalə edilməsi onun işinə göstərilən yüksək etimaddan və keçirilən sərgi və konfransların keyfiyyətindən xəbər verir.

2012-ci ilin nəticələrinə əsasən demək olar ki, Bakı şəhəri regionda sərgi biznesinin mərkəzinə çevrilir. Belə ki, 2012-ci ilin sərgilərinin əsas vəzifələri həyata keçirildi: sərgilər çərçivəsində yeni məhsul, mal və xidmətlərin təqdimatları baş tutdu; sərgilər beynəlxalq əməkdaşlıqları qaydaya salmağa və ölkəyə investisiya axınının artımına imkan yaratdı. Misal üçün, təkcə bir sərginin - “Aqua-Therm Baku-2012” sərgisinin statistik göstəricilərinə əsasən, iştirakçıların 23%-i sərgidə müqavilələr imzalamışdır. Sərginin nəticələrinə görə iştirakçıların 84%-i isə yeni müqavilələrin imzalanmasını gözləyir.

Azərbaycanın sürətli iqtisadi inkişafı və bununla əlaqədar ölkənin xarici investorlar üçün cəlbedici olması, biznesin inkişafı üçün əlverişli mühit, sərgi və konfransların yüksək səviyyədə təşkili, habelə “ITE Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin Xalq Respublikası) və “ITE Gulf” (BƏƏ) şirkətləri də daxil olmaqla “ITE Group plc” şirkətinin tərəfdaşlar şəbəkəsinin beynəlxalq şirkətləri Bakıdakı sərgilərdə iştiraka fəal şəkildə cəlb etməsi son illər ərzində sərgilərin yüksək nəticələr əldə etməsinin vacib amillərindən sayılır. Uğuru təmin edən mühüm amillərdən biri də ondan ibarətdir ki, “Iteca Caspian” şirkətinin bütün tədbirləri dövlət strukturlarının rəsmi dəstəyi ilə həyata keçirilir. Bir sıra sərgilərə Birləşmiş Millətlər Təşkilatı (BMT), Ümumdünya Turizm Təşkilatı, TRACESA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Rabitə sahəsində regional birlik (RSS) və digər nüfuzlu təşkilatlar tərəfindən beynəlxalq dəstək verilir. Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən sərgilərdə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən illik audit keçirilir. “UFI tərəfindən bəyənilmişdir” nişanı isə tədbirlərin yüksək səviyyədə təşkil edilməsini, onların biznesin inkişafına və bu sahənin formalaşmasına təsirini, həmçinin sərgi təşkilatçılarının təqdim etdikləri statistik göstəricilərin etibarlılığını təsdiq edir.

Azərbaycanda sərgilər 2013-cü ilin aprel ayından etibarən yenidən öz işinə başlayacaq.

2013-cü il üçün planlar

2013-cü ildə 20-dən çox sərgi tədbirinin keçirilməsi planlaşdırılır. Ənənəvi sərgilərlə yanaşı, 2013-cü ilin aprel ayında “Iteca Caspian” şirkətinin yeni layihəsi - Xəzər beynəlxalq “Su texnologiyaları” sərgisi və forumu (“CATEF 2013”) təşkil olunacaq. Ənənəvi “BakuTel” telekommunikasiya sərgisi isə elan edilmiş tarixdən əvvəl, yəni 2013-cü ilin 25-28 sentyabr tarixlərində keçiriləcək. Növbəti sərgi ilinin əhəmiyyətli hadisələrdən biri də Azərbaycanda ilk ixtisaslaşdırılmış beynəlxalq sərgi və konfransın - “Xəzər Neft və Qaz, Neft emalı və Neft-kimyası” (“Caspian Oil and Gas”) sərgisinin 20 illik yubileyi olacaq. Bu əlamətdar tarix üçün təşkilatçılar tərəfindən xüsusi tədbirlər proqramı hazırlanmışdır.

2013-cü ildə keçiriləcək bütün sərgilərin ətraflı təqvimi ilə www.iteca.az vebsaytında tanış olmaq mümkündür.

 

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  21/07/2019 22/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek