Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






04.03.2014 12:35

14 mart 2014-cü il tarixində “Fairmont Baku” otelində “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli” mövzusunda praktiki seminar keçiriləcək

Azərbaycanda sərgi sənayesi sürətli templərlə inkişaf etməkdədir və sərgilərin illik artımı bu faktı bir daha sübut edir, belə ki, Azərbaycan bazarında fəaliyyət göstərən və sərgi prosesinə cəlb olunan şirkətlərin sayı getdikcə çoxalır, sərgi meydançalarında iştirak etmək üçün şirkətlərarası rəqabət daha da artır. Bu baxımdan, sərgilərdə iştirakdan maksimum faydalanmağın yolları mövzusunda seminarların keçirilməsi aktual məsələyə çevrilmişdir. Artıq dördüncü dəfədir ki,Iteca Caspian” şirkəti sərgilərdə iştirak üçün qeydiyyatdan keçmiş və ya sərgilərdə iştirak etməyi planlaşdıran eksponentləri sözügedən mövzu üzrə seminara toplayır. Xüsusən də ona görə ki, əvvəlki seminarlar çox sayda müsbət rəy qazanaraq, sərgidə iştirakın təşkili zamanı şirkətlər üçün real köməkçi vasitə olmuşdur. Seminar mart ayının 14-də “Fairmont Baku” otelində keçiriləcək və saat 10:00-da başlanacaqdır. Seminar zamanı “EkspoEffekt” sərgi konsaltinqi agentliyinin Baş direktoru Nikolay Karasev “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli” mövzusuna dair yeni müşahidələri və praktiki məsləhətləri ilə bölüşəcək. Sərgi sənayesində çoxillik iş təcrübəsinə və peşəkar pedoqoji təhsilə malik olan N. Karasev “Sərgilərdən maksimum faydalanmaq üçün nə etməli” mövzusunda praktiki tədris vəsaitinin də müəllifidir.

Hazırkı seminarın fərqləndirici xüsusiyyəti onun konkret nümunələr əsasında keçirilməsidir. Seminarın iştirakçılarına vizual materiallar, habelə faydalı praktiki tövsiyələr təqdim ediləcək. Seminarda istənilən səviyyədə təcrübəsi olan sərgi iştirakçıları üçün bir çox faydalı məlumatlar da olacaq. 

Nikolay Karasevin rəhbərliyi ilə keçirilən bu peşəkar seminar böyük, orta və kiçik bizneslə məşğul olan şirkətlərin nümayəndələri, konkret olaraq isə şirkət direktorları, marketinq və satış üzrə direktor və menecerlər, eləcə də sərgilərdə iştiraka hazırlıq üçün məsul olan şirkət əməkdaşlarına tövsiyə olunur. Seminar həm sərgi iştirakçıları, həm də sərgidə ilk dəfə çıxış edən debütantlar üçün eyni dərəcədə faydalıdır.

Seminarda sərgiöncəsi reklam kampaniyaları, sərgi stendi, sərgi personalı, sərgiöncəsi hazırlıq işlərinin yekun mərhələsi, ziyarətçilərlə iş metodları, sərgidə iş üzrə praktiki məsləhətlər və sərgidən sonrakı müddət kimi aktual məsələlərə toxunulacaq. Həmçinin, seminar çərçivəsində sərgilərdə uğurlu iştirakla bağlı bəzi konkret nümunələr də nəzərdən keçiriləcək və eksponentlərin tez-tez müşahidə edilən xətalarına xüsusi diqqət yetiriləcəkdir. Burada seminar iştirakçıları onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər. Təşkilatçılar əmindirlər ki, bu seminar sərgiləri yeni müstəvidə nəzərdən keçirmək, habelə sonradan reallaşdırmaq üçün ideya və məsləhətlər əldə etmək baxımından çox faydalı olacaq.

bütün xəbərlər



BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  17/07/2019 18/07/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek