Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Şirkət haqqında


Ünvan


İndeks
Telefon
Faks
www
e-mail

Azərbaycan, Bakı,
Nobel prospekti 15,
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə
AZ1025
+994 12 4041000
+994 12 4041001
www.iteca.az
office@iteca.az

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkəti aparıcı sərgi və konfrans təşkilatçılarından biri - “ITE Group plc” şirkətinin tərəfdaşıdır və 2000-ci ildə təsis edilmişdir. “Iteca Caspian LLC” şirkəti hər il Azərbaycanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına aşağıdakılar daxildir: Neft və Qaz, İnşaat, Telekommunikasiya Vasitələri və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi.

Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən bu sərgilər hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən təşkilat səviyyəsinin auditindən keçir. “UFİ tərəfindən bəyənilmişdir” nişanı “Neft və Qaz” (“Caspian Oil & Gas”), “İnşaat” (BakuBuild), “Qida Sənayesi” (“WorldFood Azerbaijan”), “Səhiyyə” (“BIHE”), “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (“BakuTel”) və “Turizm və Səyahət” (“AITF”) sərgilərinə verilmişdir və bu, sərgilərin yüksək təşkilatçılıq səviyyəsinə və statistik göstəricilərin doğruluğuna dəlalət edir.

Sərgilər rəsmi olaraq Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir. Bu sərgilərdən bəziləri isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ), Ümumdünya Turist Təşkilatı və Hökumətlərarası TRASEKA Komissiyasının Daimi Katibliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstək alır. Sərgi iştirakçılarının coğrafiyası orta hesabla dünyanın 50-dən çox ölkəsini əhatə edir. “Iteca Caspian LLC” şirkəti və onun təşkil etdiyi sərgilər dəfələrlə “Sərgilərin təşkili sahəsində ilin şirkəti”, “1 nömrəli sərgi markası” və s. bu kimi nominasiyalarda müxtəlif mükafatların laureatı olmuşdur.

Fəaliyyət göstərdiyi illər ərzində, “Iteca Caspian LLC” şirkətinin təşkil etdiyi sərgilər geniş ictimaiyyət arasında populyarlıq və etimad qazanmağa müvəffəq olmuşdur.






“Caspian Event Organisers” MMC
Ünvan


İndeks
Telefon
Faks
www
e-mail

Azərbaycan, Bakı,
Nobel prospekti 15,
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə
AZ1025
+994 12 4474774
+994 12 4478558
www.ceo.az
office@ceo.az

Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı, o cümlədən bu kimi tədbirlərin peşəkar operatoru olan “Caspian Event Organisers” (CEO) şirkəti, regionda konfransların, eləcə də sərgilər, konqreslər və digər işgüzar tədbirlərin təşkili və servisi üzrə kompleks xidmətlər göstərir. Şirkətimizin servis xidmətlərinə reklam kampaniyaların, tədbirlərin açılışı üzrə rəsmi mərasimlərin, təntənəli axşam ziyafətlərinin, furşet, ekskursiyalar və idman tədbirlərinin təşkili də daxildir.

İclas, konfrans və irimiqyaslı konqreslərin təşkili üzrə 15+ illik iş təcrübəsi sayəsində, peşəkar konfrans təşkilatı (PCO) heyəti bütün dövlət orqanları, beynəlxalq təşkilatlar və beynəlmiləl korporasiyaların etimadını qazanmışdır.

“ADEX” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi, “Bakutel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi, “SOCAR OGPC” Forumu, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı, Eurovillage festivalı və digər bu kimi təşkil olunan tədbirlərin miqyası və əhəmiyyəti “СЕО” şirkəti tərəfindən təqdim olunan xidmətlərin yüksək peşəkarlığını bir daha sübut edir.






BİZƏ QOŞULUN!
Baş xəbərlər
DƏSTƏK



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
Diqqət!
Avtobuslar artıq Koroğlu metro stansiyasından hərəkət edirlər.
VALYUTA MƏZƏNNƏSİ
  20/08/2019 21/08/2019
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



      BakuTel is Copyright © 2000-2019 Bütün hüquqlar qorunur. Hosted by VebTek