OtellərRƏSMİ MEHMANXANALAR:
Qafqaz Point Hotel
Bakı Şəhəri, Yasamal Rayonu, K. Kazımzadə küç. 118, 560-cı məhəllə.
Qafqaz Point Butique Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən Bakıdakı ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Otel 44 birnəfərlik, 26 superior, 3 junior suit və birdə lyuks olmaq üzrə 74 ədəd əla dekore edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi, Naxçıvan açıq bufet restoranı və Panorama a la carte restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir. Bundan əlavə Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı, bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.
Rezervasiya üçün əlaqə saxlayın:
Sheraton Baku Airport Hotel
Heydər Əliyev Beynəlxalq Hava Limanı
AZ1044, Bakı, Azərbaycan
Bakı Ekspo Mərkəzindən maşınla 3 dəqiqə və Bakının mərkəzindən 25 dəqiqəlik məsafədə, Heydər Əliyev Beynəlxalq Hava Limanının gözəl güşəsində yerləşən Sheraton Baku Airport Hotel iş adamları və turistlər üçün sərfəli qiymətə, etibarlı, nəzakətli xidmət və müasir, cəlbedici, rahat mühit təklif edir. Bizim 205 rahat, müxtəlif və geniş qonaq otaqlarımızdan birində istirahət edin. Hər bir otaq ən son avadanlıq, xüsusi markalı Sweet SleeperTM Bed yataq dəsti, telefonla birbaşa çıxış və yüksək sürətli internet təklif edir. Flavours restoranında Amerikan sayağı səhər yemeyi ilə yanaşı, nahar və şam yeməkləri Aralıq dənizi mətbəxindən təklif edilir. Fly İnn Sport Bar-da canlı oyunları izləməklə yanaşı, Bar Baku-da sərinləşdirici içkiləri içməklə hovuz kənarında dincəlmək mümkündür. Gazelli SPA və Sağlamlıq mərkəzində təklif edilən müxtəlif masajlar və Türk Hamamından zövq alın.
Rezervasiya üçün əlaqə saxlayın:
Digər otellər
|